Rusiyadan açıqlama: Azərbaycan və İran gərginliyi...
19:00 / 21.10.2021
890
Rusiya Azərbaycan-İran sərhədindəki gərginliyin siyasi və diplomatik yollarla azaltmağın tərəfdarıdır.
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
"Azərbaycan və İran arasındakı sərhəddəki gərginliyin azaldılmasının tərəfdarıyıq. Əminik ki, iki yaxın dövlətin arasındakı bütün problemlər yalnız siyasi-diplomatik yolla həll edilməlidir. Mehriban qonşuluq münasibətləri fonunda məhz bu yolla fikir ayrılıqları aradan qaldırıla bilər”, - XİN sözçüsü bildirib.
Onun sözlərinə görə, Moskva Cənubi Qafqazda bütün iqtisadi və kommunikasiya yollarının bərpası üçün səy göstərir.