Rusiyadakı erməni diasporu Paşinyanı istefaya çağırdı

Siyasət
00:49 / 06.12.2020
8749
Rusiyadakı erməni diasporu Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya səsləyən bəyanatla çıxış edib.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sözügedən bəyanatı Kalininqrad vilayətində fəaliyyət göstərən erməni diaspora təşkilatı yayıb.
Bəyanatda Ermənistanın düşdüyü hazırki vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyana aid olduğu bildirilib. Ermənistan baş nazirinin dərhal istefa verməsi qəti tələb kimi ifadə olunub.