Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskiyə niyə etiraz etmədi? - Açıqlama
14:28 / 03.08.2021
973
"Belə acınacaqlı vəziyyət Rusiyadakı diaspor təşkilatlarımız
arasında vahid kordinasiya və ümumi istiqamətin olmamasından qaynaqlanır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya
Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan dövləti və Prezidenti əleyhinə
səsləndirdiyi qərəzli fikirlərə bu ölkədəki diaspor təşkilatlarımızın susqunluqla
qarşılamasına münasibət bildirərkən, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri
İsmayıl Ağayev deyib:
"Əslində diaspor təşkilatlarımız
ayrı-ayrılıqda bu məsələ ilə bağlı etiraz bəyanatları səsləndiriblər. Ancaq
diaspor təşkilarlarımızın rəhbərləri və nümayəndələri Rusiyada yaşadıqlarından,
soydaşlarımıza qarşı əvvəllər də olan qanunsuz əməlləri gördüklərindən və azərbaycanlılara
qarşı bu ölkədə yaranan qərəzli münasibət səbəbindən belə məsələlərə kəskin
etiraz etməkdən çəkinirlər. Jirinovskilərə qarşı mübarizə tək Rusiyada deyil,
digər ölkələrdəki diaspor təşkilatlarımızla birgə fəaliyyət nəticəsində
qurulmuş kampaniya formasında aparılmalıdır”.
Rüfət SULTAN