Rusiyada terror təhlükəsi – Həyəcan

Rusiyada terror təhlükəsi – Həyəcan

Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda silsilə terror aktları törətməyə hazırlaşan 7 nəfəri həbs edib.

Bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən informasiya verilib.

Məlumata görə, FTX terrorçuluqda şübhəli bilinən Asiya mənşəli yerli və mühacir şəxslərlə bağlı xüsusi əməliyyat keçirib. Saxlanılan şəxslərin Rusiyanın şimal paytaxtında dəmiryolu stansiyaları, qatarlar və əhalinin kütləvi toplaşdığı digər yerlərdə terror aktları törətməyə hazırlaşdığı bildirilib.

Terrorçuların şəxsiyyəti əməliyyat sirri olduğu üçün hələlik açıqlanmır.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR