Rusiyada saxta içkidən ölənlərin sayı 30 nəfəri ötdü, 5 nəfər saxlanıldı

Rusiyada saxta içkidən ölənlərin sayı 30 nəfəri ötdü, 5 nəfər saxlanıldı
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 32 nəfərə çatıb.

Sfera.az  xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 64 nəfər saxta içki qurbanı qeydə alınıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub. Hazırda 32 nəfər xəstəxanada müalicə alır.

Qeyd edək ki, Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

OXŞAR XƏBƏRLƏR