Rusiyada radarlardan itən təyyarənin qalıqları tapıldı

Rusiyada radarlardan itən təyyarənin qalıqları tapıldı
Rusiyanın Xabarovsk diyarında radardan itmiş "An-26” tipli hərbi-nəqliyyat təyyarəsinin qalıqları aşkar olunub.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "TASS” yayıb. Bildirilir ki, təyyarənin qalıqları Korfovski qəsəbəsində dağın ətəyində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən aşkar olunub.

Hazırda hadisə yerinə xilasedicilərin necə getməsi məsələsi həll olunur.

Qeyd edək ki, təyyarə dünən Xabarovsk diyarında radarlardan itib. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu qeyd edilir.
 

OXŞAR XƏBƏRLƏR