Rusiyada qəzaya düşmüş təyyarənin “qara qutu”su tapıldı

Rusiyada qəzaya düşmüş təyyarənin “qara qutu”su tapıldı
Xilasedicilər iyulun 6-da Kamçatkada qəzaya düşmüş "An-26” tipli sərnişin təyyarəsinin "qara qutu”sunu aşkar ediblər. 

Sfera.az "TASS” agentliyinə istinadən xəbər verir ki, axtarışlar zamanı tapılmış "qara qutu”nun şifrəsi Moskvada açılacaq.

Fövqəladə qüvvələrdə olan bir mənbənin verdiyi məlumata əsasən, ilkin baxış zamanı "qara qutu”da ciddi zədələnmələr qeydə alınmayıb. O əlavə edib ki, ikinci "qara qutu”nun axtarışları davam edir.

Palana qəsəbəsinin rəhbərliyi də "qara qutu”lardan birinin tapılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, iyulun 6-da Kamçatkada Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarə radarlardan itib. Daha sonra təyyarənin Palana yaxınlarında qəzaya düşdüyü məlum olub.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olmaqla 28 nəfər olub. Hadisə nəticəsində sağ qalan olmayıb.


 

 
 
 

OXŞAR XƏBƏRLƏR