Rusiyada koronavirusun “Qamma” variantı yayıldı
18:00 / 22.07.2021
566
Rusiyada koronavirus infeksiyasının "Delta” kimi daha yoluxucu olan "Qamma” variantı yayılıb.
Bu barədə "İnterfax” "Vekor” elmi mərkəzinə istinadən məlumat yayıb.
"Rusiya Federasiyası ərazisində "Delta” variantı geniş yayılıb və "Qamma” variantı da aşkarlanıb”, - deyə mərkəzdən bildirilib.
Qeyd olunur ki, "Qamma” və "Delta” daha çox yoluxucudur və anticisimlərin təsirini azalda bilir.