Rusiyada kömür şaxtasında xəsarət alanların sayı 106 nəfərə çatdı

Rusiyada kömür şaxtasında xəsarət alanların sayı 106 nəfərə çatdı
Rusiyanın Kemerovo vilayətinin "Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Sfera.az  TASS-a istinadən xəbər verir.

Bildirilir ki, daha 7 mədən xilasedicisi Kuzbasda xəstəxanaya yerləşdirilib.

Bununla da "Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 106 nəfər təşkil edir.

Hazırda 10 nəfər stasionar müalicədədir. Bir nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir, 96 nəfərin ambulator müalicəsi aparılır.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə 51 nəfərin, o cümlədən 5 mədən xilasedicisinin ölümünə səbəb olub. Faktla bağlı iki cinayət işi (istehsalat təhlükəsizliyinin pozulması və səhlənkarlıq maddələri ilə) başlanıb. Beş nəfər həbs edilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...