Rusiyada helikopter sərt eniş etdi, pilot öldü
16:26 / 17.04.2021
4146
Rusiyanın Krasnodar diyarında helikopterin sərt enişi nəticəsində pilot ölüb.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Kubanda Krasnodar-Novorossiysk trası ərazisində helikopter sərt eniş edib.
Hadisə nəticəsində pilot ölüb.