Rusiyada etiraz mintinqləri davam edir – Xabarovskda son durum

Rusiyada etiraz mintinqləri davam edir – Xabarovskda son durum

Xabarovskda keçmiş qubernator Furqalı dəstəkləyən daha bir mitinq keçirilir.


Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Xabarovskda həbs olunan keçmiş qubernator Sergey Furqalı dəstəkləyən icazəsiz aksiya keçirilir. Bu haqda Xabarovsk mediyası məlumat verir.

 

 

"Bu dəfə regional hökumətin yaxınlığındakı meydanda dörd minə yaxın insan toplaşıb",- deyə, məlumatda bildirirlir.

 

 

Aksiya dinc şəkildə davam edir. İştirakçılardan bəziləri keçmiş qubernatorun sərbəst buraxılmasına, yaxud açıq məhkəmə iclası keçirməyə çağırış edir.

 

 

”Çağırışları edən yalnız təşəbbüs qrupudur, yerdə qalan insanlar isə əsasn istirahət edir, həyat haqqında söhbətləşirlər",- deyə, meriya xəbər verir.

Qeyd olunur ki, "vətəndaşların davam edən proseslərə marağının azalması və dəstək aksiyalarına sistemsiz müxalifət nümayəndələrinin qatılması" səbəbi iləfəalların sayı azalmaqda davam edir.

 

 

 

RİA Novosti-nin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar aidiyyati marşrutla, şəhərin mərkəzi küçəsinin avtomobil yolları boyunca hərəkət edirlər. Onların əllərində Rusiyanın, Xabarovsk diyarının və SSRİ-nin bayraqları və plakatlar var. Aksiya avtomobillərin hərəkətinə mane olur.

Bələdiyyə xəbərdarlıq edir ki, bölgədə yüksək hazırlıq rejimi tətbiq edilir, kütləvi ictimai tədbirlər qadağan olunub. Bütün profilaktik tədbirlərə rəğmən, Xabarovskda COVİD-19-a yoluxma hallarının kəskin artımı müşahidə olunur.

 

 

Qeyd edək ki, Furqalı dəstəkləyən mitinqlər iyulun 11-dən etibarən davam edir. Furqal 2000-ci illərin əvvəllərində cinayətkar qruplaşma ilə əlaqədə və sifarişli qətllərin təşkilində iştirakda şübhəli bilinərək həbs edilib. Hazırda keçmiş qubernator Lefortovo həbsxanasının təcridxanasında saxlanır.

 

 

O. öz günahını etiraf etmir.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...