Rusiyada böyük kredit tətili - İpotekaçılara yardımın həcmi genişləndirib
Sfera.az lenta.ru -ya istinadla bildirir ki, Rusiya hökumətinin başçısı Mixail Mişustin koronavirusun yayılması dönəmində vətəndaşlara dəstək çərçivəsində kredit tətili verilməsini mümkün etmək üçün ipoteka kreditlərinin məbləğini artırıb.
"Mövcud vəziyyətdə vətəndaşlara kömək etmək məqsədi ilə kredit səviyyəsini artırırıq. Bu yolla borcalan ipoteka krediti üzrə bank qarşısındakı öhdəliklərini müvəqqəti olaraq dayandıra bilər”,-deyə Mişustinaprelin 10-u keçirilən iqtisadi məsələlər üzrə müşavirədə bildirib.
Yardımın veriləcəyi kreditlərin həcmi konkret bölgəyə görə dəyişəcək. Moskva üçün bu məbləğ 4,5 milyon rubldan, Moskva vilayəti, Sankt-Peterburq, Uzaq Şərq Federal Dairəsinə daxil olan bölgələr üçün isə 3 milyon rubldan başlayacaq.
Aprel ayının əvvəlində Prezident Vladimir Putin ipotekaçılara kredit tətilinin verilməsi şərtlərini yenidən nəzərdən keçirməyi tapşırmışdı. Bundan əvvəl isə "Yedinaya Rossiya” Partiyası Baş Şurasının katibi Andrey Turçak bəyan etmişdi ki, "koronavirus" tətilləri üçün ipoteka kreditlərinin məbləğini artırmaq lazımdır.
Hökümətin 6 aprel tarixli qərarına əsasən, bu vaxtadək bankdan "koronavirus” tətili istəmək üçün mənzil kreditinin maksimal məbləği 1,5 milyon rubl təşkil edirdi.