Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq

Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq

Rusiyada İkinci Dünya Müharibəsinin iştirakçısı, azərbaycanlı Məmməd Cəbrayılova xatirə lövhəsi qoyulacaq.

Sfera.az xəbər verir ki, bu barədə Regnum.ru Voronej şəhər administrasiyasının mətbuat xidmətinə əsasən məlumat yayıb.

Bildirilir ki, lövhənin M.Cəbrayılovun Voronejdə yaşadığı evin qarşısında qoyulması planlaşdırılır.

Bu barədə qərar millətlərarası və dinlərarası münasibətlər üzrə koordinasiya şurasında qəbul edilib.

Lövhənin yerləşdirilməsi ilə bağlı Voronejdəki Azərbaycan diasporu da köməyini təklif edib.

Yaxın günlərdə məsələyə mədəni irs üzrə şəhər komissiyasının iclasında baxılacaq. Təklif dəstək alsa, Qələbə Gününün 75 illiyi ərəfəsində lövhənin açılması planlaşdırılır.

Xatırladaq ki, Məmməd Cəbrayılova 2018-ci ilin sentyabrında "Voronejin fəxri vətəndaşı” adı verilib. O, 2019-cu ildə - 101 yaşında vəfat edib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya...

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.   Sfera.az bildirir ki, o, bir oyunçunu...

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə iki dəfə”.    Sfera.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev ...

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...