Rusiyada azərbaycanlı yenidən deputat seçilib

Rusiyada azərbaycanlı yenidən deputat seçilib
 

Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda azərbaycanlıSabir Məsimov yenidən bələdiyyə şurasının üzvü seçilib.

"Report”un Rusiya bürosuna sentyabrın 8-də keçirilən seçkiləri səciyyələndirən soydaşımız namizədliyinin Petroqrad rayonundan irəli sürüldüyünü, seçki nəticəsində Vedenski bələdiyyə dairəsinin deputatı seçildiyini qeyd edib: "Bu, iştirak etdiyim sayca beşinci seçki kampaniyasıdır. İlkinci çağırışdan etibarən deputat seçilirəm”.

Seçki kampaniyasının gərgin keçdiyini, lakin seçicilərin ona yenə də daha çox etimad göstərdiyini qeyd edən S.Məsimov Vahid Rusiya Partiyasından namizəd olduğunu diqqətə çatdırıb: "Cəmi 20 namizəd var idi. Seçkilər çətin keçdi, lakin seçildiyim rayonda uzun müddətdir yaşayıb işlədiyimə görə yerli əhali məni çoxdan tanıyır. Mənə başqalara nisbətən daha çox etimad göstərdilər. Odur ki, bu qələbəni haqqımla qazandığımı deyə bilərəm”.

Qeyd edək ki, sentyabrın 8-də Sankt-Peterburq şəhər qubernatorluğuna da keçirilən seçkilərdə qubernator əvəzi, əslən bakılı Aleksandr Beqlovqalib gəlib. Bunu şərh edən S.Məsimov azərbaycanlı diasporunun bu hadisəni sevinclə qarşıladığını qeyd edib: "Aleksandr Dmitriyeviçlə şəxsən tanışıq. Bu günlərdə qubernatorluğa namizədlərin ictimai və diaspor təşkilatlarının nümayəndələrilə görüşü olmuşdu. Mən də Sankt-Peterburq şəhərinin azərbaycanlı diasporunun rəhbəri olaraq bu görüşdə iştirak edərək təşkilatımızın nəşr etdirdiyi "Bakı qalası. İçərişəhər” adlı kitabı Beqlova hədiyyə etdim. Onu da deyim ki, o əsl bakılıdır, Azərbaycan dilini bilir, soydaşlarımıza da böyük rəğbət bəsləyir. Onun seçilməsini çox istəyirdik və buna şadıq”.


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...