Rusiyada An-26 qəzaya düşüb: 1 ölü, 5 yaralı

Rusiyada An-26 qəzaya düşüb: 1 ölü, 5 yaralı

Rusiyanın Saratov vilayətində An-26 təyyarəsi qəzaya uğrayıb.

Hadisə zamanı bir hərbçi həlak olub, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə təlim uçuşu zamanı yaşanıb. Belə ki, uçuş zamanı təyyarənin heyətində 6 ekipaj üzvü olub. Enməyə yaxınlaşarkən təyyarə eniş parametrlərinə tab gətirməyib.

Sərt eniş ucbatından təyyarə alışıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR