Rusiyada 35, Qazaxıstanda 42 ədəd olduğu halda... – Niyə Azərbaycanda 1 dollara 7 maska almaq olur?

Rusiyada 35, Qazaxıstanda 42 ədəd olduğu halda... – Niyə Azərbaycanda 1 dollara 7 maska almaq olur?
"Xammalın xaricdən gətirilməsi və rəqəbət mühitinin olmaması belə vəziyyətin yaranmasına səbəb olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında  1 dollara Rusiyada 35, Qazaxıstanda 42 ədəd yerli istehsallı maska almaq mümkün olduğu halda, Azərbaycanda həmin vəsaitə vətəndaşı cəmi 7 ədəd maska ilə təmin etməyin mümkünlüyünün səbəblərinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Azərbaycan yerli maska istehsalı üçün lazım olan xammalı xaricdən gətirir.  Halbuki bunun üçün yerli xammal var. Həmin maskalar pambıq liflərindən hazırlanır ki, Azərbaycanda da pambıq istehsal olunur. Ona görə hökumət çalışılmalı idi ki, istehsal üçün yerli xammaldan istifadə etsin. Lakin göründüyü kimi bunu etməyib. Bu mənada xammalın xaricdən gətirilməsi maskaların maya dəyərinə ciddi şəkildə təsir edib”.
 
Həmsöhbətimiz qeyd etdi ki, Qazaxıstan və Rusiyada maska istehsalı ilə çoxsaylı şirkətlər məşğul olsa da, Azərbaycanda  bu sahə də inhisardadır: 
 
"Rəqabət mühitinin olmaması da belə vəziyyətin yaranmasına gətirib çıxarıb.  Qonşu Rusiya və Qazaxıstanda  onlarla maska istehsalçısı fəaliyyət göstərir.  Ölkəmizdə isə tək istehsalçı dövlətin yardımı ilə tikilən fabrikdir. Ona görə də rəqabət mühiti yoxdur deyə həmin şirkət bazara istədiyi qiyməti diktə edə bilir.  Bazar bağlı olduğundan  gömrük tarifləri və digər məsələlərlə əlaqədar xaricdən gətirilən maskaların da qiyməti baha başa gəlir.  Ona görə də ölkəmizdə digər qonşu dövlətlərlə müqayisədə maskaların da qiyməti kifayət qədər bahadır”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...