Rusiyada 16 nəfər spirtdən zəhərlənərək öldü
18:30 / 16.10.2021
1525
Rusiyanın Yekaterinburq şəhərində 16 nəfər metanol spirtindən zəhərlənmədən ölüb.
Bu barədə Sfera.az" TASS-a istinadən xəbər verir.
"Vahid Rusiya" Partiyasının Sverdlovsk vilayəti üzrə layihə koordinatoru Dmitri Çukreyev bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.
Hadisə ilə bağlı artıq bazar sahibi saxlanılıb.
Bizim Instagram səhifəmizə abunə olun