Rusiyada 1 uşağı olana 12 min, ikinci uşağı olana isə 16 min manat veriləcək

Rusiyada 1 uşağı olana 12 min, ikinci uşağı olana isə 16 min manat veriləcək

Rusiya prezidenti Vladimir Putin "analıq kapitalı" proqramını genişləndirən qanuna imza atıb.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında sonuncu federal məclisdə ölkə prezidenti "analıq kapitalı" proqramın uzadılmasını təklif edib. Həmçinin təklif olunub ki, ikinci uşağın anadan olması zamanı analara ödəniləcək vəsait bir qədər də artırılsın.

Yeni qanun "ana kapitalı" proqramını illik indeksasiyası ilə birlikdə 31 dekabr 2026-cı il tarixinə kimi uzadır.

Ödənişlər ailəyə 1 yanvar 2020-ci il tarixindən etibarən doğulan və ya övladlığa götürülən uşaqlar üçün veriləcək. İlk uşaq üçün 466 min 617 min rubl (11 min 817 manat), ikinci və sonrakı hər uşağa görə, 616 min 617 rubl (15 min 615 manat) ödəniş veriləcək.

Güman olunur ki, bu il ərzində bir milyondan çox ailə birinci və ikinci uşağa görə ödəniş alacaq.

Rusiyada "analıq kapitalı" ilə uşaqlı ailələrə dəstək olmaq üçün dövlət proqramı 2007-ci ildən fəaliyyət göstərir. 2016-cı ilə qədər "ana kapitalı" hər il inflyasiya səviyyəsində indeksləşdirilirdi. Lakin sonra indeksasiya dayandırıldı və yalnız 2020-ci ildə bərpa edildi. (mediapost)


OXŞAR XƏBƏRLƏR

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...