\"Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək\" - AÇIQLAMA

\
ABŞ və Rusiya arasında Ukrayna fonunda davam edən böhran davam edir. Rusiyanın ABŞ-a verdiyi təkliflərə Vaşinqton yazılı, mənfi cavab verib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu Moskvanın hərəkətə keçəcəyini göstərir. O qeyd edib ki, Rusiya Ukrayna ətrafına və Qara dənizə cəmləşdirdiyi qoşunları Qərbə qarşı əzələ kimi nümayiş etdirsə də, nə taktiki, nə də strateji baxımdan hədəflərinə çatmayacaq:

"Baş verən proseslər fonunda ABŞ-ın əsas planlarından biri, Ukraynanın Donbasa hücum etməsi ilə Rusiyaya qarşı sanksiyaları tətbiq etmək və  xalqın Putinə qarşı potensial etirazının nformalaşmasına nail olmaq, bununla da Rusiyanı daxili problemlərə sövq etməkdir. Məhz Moskvanın daxili problemi xarici düşmənlə əvəz etmək üçün Ukrayna ilə Donbasda münaqişəyə getməsi mümkündür. Belə olan təqdirdə Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək. Ukraynanın geniş ərazilərini işğal etmək Putinin hakimiyyətinin iflası deməkdir”.

Müsahibimiz bildirib ki, Rusiya tərəfi Şərqi Avropanı və post-sovet məkanını öz təsir dairəsinə almaq üçün yazılı təminat istəyir:

"Vaşinqton post-sovet məkanı ilə bağlı Çinə qarşı mövqeyini gücləndirmək üçün güzəştə gedə bilər. Amma Rusiya təkcə bununla kifayətlənmək istəmir. ABŞ və Rusiya arasında mövcud siyasi böhran Cənubi Qafqaza da təsir edəcək. Azərbaycanın Rusiya ilə normal əlaqələrinə baxmayaraq Kremlin Azərbaycana təzyilər etməsi mümkündür. Türkiyə faktoru bu təzyiqləri neytrallaşdıracaq.

SSRİ dağıldıqdan sonra bir qütblü siyasi nizam formalaşıb və Rusiya bununla barışmır. Hazırda yeni dünya nizamı formalaşır. Rusiya konkret öz təsir zonasına malik olmağa çalışır. ABŞ və müttəfiqləri Rusiyanın bu siyasətinə qarşı adekvat addımlar atır. Əgər, Rusiyaya imkan tanınsa, qonşu ölkələr təhlükəsizlik problemləri ilə üz-üzə qala bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...