\"Rusiya XİN hansı hüquqla Qarabağ məsələsini xaricilərlə müzakirəyə çıxarır?\" - ETİRAZ

\
"Rusiya Xarici İşlər Nazirliyi artıq Qarabağ problemi terminindən istifadə etməməli, beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsinə son qoymalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 21-də ATƏT-in Baş katibi Helqa Şmidlə görüşdə digər məsələlərlə yanaşı Qarabağ məsələsini də müzakirəyə çıxaracaqlarına münasibət bildirərkən, politoloq Məhəmməd Əsədullazadə deyib.
 
Həmsöhbətimiz qeyd edib ki, Lavrovun Şmidlə görüşdə Qarabağ məsələsini müzakirə etməsi Azərbaycan tərəfdən qəbul edilən deyil: "Bu məsələ Azərbaycanın daxili işidir. Rusiya və digərlərinin Qarabağla bağlı öz aralarında hər hansı müzakirə aparmaq və qərar qəbul etməyə hüquqları yoxdur”.
 
Politoloq bildirdi ki, belə görüşlərdə Qarabağ məsələsinin gündəmə gətirilməsi Moskva və ATƏT-in həmin problemi guya həll olunmamış məsələ kimi beynəlxalq ictimaiyyətə sırımağa hesablanıb: "Ancaq onların bu cəhdləri nəticəsiz qalacaq. Ona görə ki, burada cərəyan edən proseslər büsbütün Azərbaycandan asılıdır”. 
 
M. Əsədullazadənin fikrincə, Bakının razılığı olmadan Rusiyanın digər ölkə və ya qurumlarla Qarabağla bağlı bu sayaq təşəbbüsləri Azərbaycanın daxili işinə müdaxilədir və belə cəhdlər fiaskoya uğrayacaq:"Ümumiyyətlə, Rusiya Xarici İşlər nazirilə ATƏT-in baş katibi bu məsələni hansı əsasla öz aralarında müzakirə edirlər? Münaqişə artıq başa çatıb.  Status məsələsi də gündəmdən çıxıb.  Belə olan halda Rusiya və ATƏT-in bu davranışları Azərbaycanın daxili işinə qarışmaq kimi qiymətləndirilməlidir”. 
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...