Rusiya Xəzərdəki gəmilərdən PUA-ları havaya qaldırdı – NƏ BAŞ VERİR? - FOTO
22:21 / 12.10.2021
2198
Türkiyə pilotsuz uçan aparatlarının 44 günlük Vətən müharibəsindəki performansı rəsmi Moskvanı hərəkətə keçirib. Belə ki, Rusiya hava hücumundan müdafiə sistemləri türk PUA-ları qarşısında darmadağın olmuşdu.
Sfera.az xəbər verir ki, İndiyə qədər ənənəvi döyüş texnikasına güvənən Rusiya vəziyyətdən çıxış yolları axtarır.
Bunun üçün Rusiya ordusu pilotsuz uçuş aparatlarının sınaqlarını sürətləndirib.
Bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinə aid bir gəmidən idarə olunan ilk "Calibres” pilotsuz uçuş aparatı havaya qaldırılıb. PUA-nın testi Xəzər dənizindəki gəmilərdən birindən həyata keçirilib.
Həmçinin, sahildəki hədəflərin uzaqdan məhv edilməsinin qeyri-standart bir üsulu da praktikada sınaqdan keçirilib.
Bunun üçün "Orlan-10” və "Eleron-3” pilotsuz uçuş aparatlarından istifadə edilib.
Qeyd edək ki, bu bardə Rusiya ordusuna aid "Zvezda” telekanalı görüntülər yayıb.
(Bizim.media)