Rusiya Xəzərdə qəfil təlimlərə başladı

Rusiya Xəzərdə qəfil təlimlərə başladı
 

Rusiya Xəzər donanmasının 30 gəmisi Həştərxan və Dağıstanda hərbi təlim keçirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya gəmilərinin hərbi hazırlığının yoxlanılması təlimi barədə məlumatı bu ölkənin Cənub Hərbi Dairəsinin mətbuat-xidməti yayıb.

Məlumatda bildirilir ki, Həştərxan vilayətində və Dağıstan Respublikasında keçirilən təlimlərdə 1,5 mindən çox hərbçi qulluqçu, 30 hərbi gəmi və təchizat gəmiləri, 150 ədəd hərbi və xüsusi texnika iştirak edir. Dəniz piyadalarının şəxsi heyəti həyəcan siqnalından sonra hərbi əməliyyatları yerinə yetirib, habelə hərbi texnikanı hazırlayaraq mexanikləşdirilmiş dəstə təşkil edərək Dağıstandakı poliqonda toplaşıblar.

Xəzər donanmasının hərbi təliminə Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikov rəhbərlik edir.


OXŞAR XƏBƏRLƏR