Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
 Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.

Sfera.az xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.

Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər.

Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər.

Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.

Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...