Rusiya və Türkiyə - əməkdaşlıqdan Birliyə doğru: Niyə də olmasın?

Rusiya və Türkiyə - əməkdaşlıqdan Birliyə doğru: Niyə də olmasın?

Sfera.az Rusiya Federasiyasının eks-senatoru, Azərbaycan əsilli tanınmış iş adamı və xeyriyyəçi Fərhad Əhmədovun Rusiya mətbuatında dərc edilmiş məqaləsini oxucularına təqdim edir:


Ötən həftələrdə Rusiya və Türkiyənin Cənubi Qafqazda uğurlu qarşılıqlı əməkdaşlığı həm dünyanın əsas oyunçuları, həm də region ölkələri üçün gözlənilməz oldu. Bu növbəti dəfə göstərir ki, bəzi liderlər xəyallar aləmində və özləri üçün uydurduqları tarixdə yaşayırlar.


Rusiya ilə Türkiyənin onilliklər ərzində heç bir mühüm olayın baş vermədiyi regiondakı uğuru diqqətli müşahidəçi üçün əslində gözlənilməz deyildi. Rusiya ilə Türkiyə çoxdandır ki, bu uğura doğru irəliləyirdi. Biz bu əməkdaşlığın müəyyən mərhələsinin yekunlarının və onların qarşılıqlı fəaliyyətinin hazırkı dövrün şərtləndirdiyi yeni erasının şahidi oluruq.


SSRİ-nin dağılmasından sonra ikiqütblü dünyanın çöküşü yeni sabit qlobal təhlükəsizlik sisteminin formalaşmasına gətirib çıxarmadı. ABŞ-ın başçılıq etdiyi birqütblü dünya düzəni planetin təhlükəsizliyini təmin edə bilmədi. Birləşmiş Ştatlar qlobal liderliyini sürətlə əldən verir, yeni qüvvələr və nüfuz mərkəzləri istər iqtisadiyyatda, istərsə də siyasətdə ona meydan oxuyur. Bu da strateji qeyri-müəyyənliyə, hakimiyyət vakumuna, beynəlxalq strukturların yarımiflic vəziyyətə düşməsinə və dünya liderliyinə aparıcı iddiaçılar, eləcə də cinah mərkəzləri arasında artmaqda olan çatlara səbəb olur.

 

 

 

Yeni dövr - yeni çağırışlar


Bundan əlavə, bəşəriyyət əvvəllər təsəvvürə gətirilməsi mümkün olmayan ciddi təhlükələrlə üz-üzədir, hazırda yaşadığımız koronavirus pandemyası həmin təhlükələrdən biridir. Panndemiyanın necə və haradan meydana çıxdığını bilməsək də, aydın görürük ki, onun fəsadları bundan sonra hələ aylarla, bəlkə də illərlə özünü göstərəcək. Halbuki, heç bir falçı, heç bir eksrasens insanlığın bu bəlaya düçar olacağını xəbər verməmişdi. Bəla gələndə xəbərdarlıq etmədi və hələ də bu pandemiyadan nə iqtisadi, nə də siyasi çıxış yolları barədə yol xəritəsi yoxdur.


Pandemiya böhranı sürətlə kəskinləşdirdi və faktiki olaraq, onsuz da formalaşmamış qloballaşmanın dağılmasına gətirib çıxardı, onun yerini isə regionçuluq turtdu. Dünya dəyişdi, dünya ilə birgə biz də dəyişdik. İndi biz daha çox qlobal deyil, regional düşünməliyik. Özü ilə bitib-tükənməyən və həlli tapılmayan problemlər gətirən qloballaşmanın xəyali qəsrlərindən rasional fəaliyyətə keçməyin vaxtı çatıb.

 

Hər bir ölkə, hər bir xalq öz yaşam yolunu, mövqelərini qoruyub saxlamağın və möhkəmləndirməyin çarəsini müstəqil şəkildə axtarıb tapmalıdır. Seçim böyük deyil. Ən yaxın vaxtlarda əksər ölkələr ya iri dünya dövlətlərindən birinin orbitinə daxil olmağa məcbur olacaq, ya da növbəti "qeyri-sabitlik zolağının” tərkib hissəsinə çevriləcək.


Amma başqa çıxış yolu da var: qeyri-standart, tarixi və sivil əlaqələr arayıb tapmaq. Həmin əlaqələr inkişafın yeni istiqamətində nəinki yaşamın, ayaqda durmağın açarı ola bilər, eləcə də formalaşmaqda olan qlobal düzəndə öz layiqli yerini tapmaqda kömək edər. Misalçün, ABŞ tərəfindən sərt rəqabətlə qarşılaşan Çin bu yolu seçdi və min illərdən sonra sivil "ekspansiya”nı bərpa edərək "Böyük İpək Yolu”nu dirçəltdi.


Bəs bu halda Avrasiya ölkələrini nə gözləyir? Ya "qaçılmaza tabe olmaq”, ya da birləşmək üçün, yeni güc mərkəzləri yaratmaq üçün özündə potensial axtarıb tapmaq.


Rusiya və Türkiyə - oxşarlıqlar fərqlərdən çoxdur


Türkiyə iləRusiyanı götürək. Yüzilliklər ərzində bu ölkələr güclü yarımetnik və çoxdinli imperiyaların mərkəzləri olublar, öz ətraflarında etnik və dini baxımdan bir-birindən fərqlənən xalqların yaşadığı geniş əraziləri birləşdiriblər. Hər iki imperiyanın sistemyaradıcı özəllikləri XX əsrə qədər dini olub - pravoslav və islamın sünnü təriqəti. Məhz bu məqam həmin dövrdə onların qızğın rəqabətini qaçılmaz edirdi və on iki (!) müharibəyə gətirib çıxarmışdı.

XX əsrdə bu imperiyaların hər ikisi (red.hərəsi öz zamanında) xarici düşmən təsirlərin nəticəsində dərinləşən daxili ziddiyyətlərin təsiri altında dağıldı, amma sistemformalaşdırıcı mərkəzlərini qoruyub saxlamağı bacardılar. Keçmiş imperiyaların yerdə qalan ərazilərində isə onlarla yeni dövlətlər yarandı.


XXI əsrin əvvəllərində həm Rusiya, həm də Türkiyə daxili çətinlikləri dəf edərək daha da güşləndilər və Rusiya ilə Osmanlı imperiyasının keçmiş ərazilərinə daha böyük təsir göstərməyə başladılar. Bu üzdən hər iki ölkə getdikcə daha da artan müqavimətlə üzləşir. Bu müqavimətin mənbəyi ABŞ və Avropa İttifaqıdır, onlar özlərinin yaratdığı sərfəli status kvo-nun dəyişdirilməsinə qarşı çıxmağa çalışırlar və dünyada həm Rusiyanın, həm də Türkiyənin təsirinin artması ilə barışmaq istəmirlər.


 

Hələ ki, Rusiya ilə Türkiyənin mövqelərinin möhkəmlənməsinə qarşı müqavimət qismən məhdud, dolayı xarakter daşıyır. Amma ABŞ və Avropa İttifaqı öz hərəkətlərini daha fəal koordinasiya etməyə başlasa, Moskva ilə Ankara onlara biçilən ikinci dərəcəli rolla barışmaq, yaxud əks oyun variantları axtarmaq arasında seçim etməli olacaqlar.

 

Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin tarixçəsində onların qarşılıqlı fəaliyyət potensialının xarici təzyiqlərə qarşı istifadə edilməsi nümunələri var (1920-ci illəri xatırlayaq). Bununla belə, aydındır ki, XXI əsrdə həm Rusiya, həm də Türkiyə öz mill-mədəni kodlarının əsas xarakteristikalarını saxlamaqla, bu iki ölkə arasındakı əlaqələrinin inkişafını əngəlləyən dini fərqlər problemini zəiflədiblər. Bundan əlavə, tarixi dəyərlərə sədaqət hər iki ölkədə güclüdür, indi bu dəyərlər onları ayırmır, əksinə, yaxınlaşdırır. Dəf edilməsi mümkün olmayan maneə yoxdur. Bunu İsrailin və Fars körfəzi ölkələrinin nümunəsi bir daha sübut edib. Dini baryerlər yalnız bizim beyinlərimizdədir. Tanrı isə təkdir.


Lakin mövcud şərtlər daxilində Cənubi Qafqaz kimi bölgədə təkcə situativ əməkdaşlıq və qarşılıqlı dəstək artıq yetərli deyil. Qabaqlayıcı əks oyuna ehtiyac var. İstənilən millətin, xalqın və onun liderlərinin uğurunun ölçüsü cari qanunauyğunluqlardan və təsadüflərdən yaranan tarixi şansdan istifadə etmək bacarığındadır.


Hər iki dövlətə qarşı təzyiqlər artır, bu təzyiqlər getdikcə daha sərt və amansız olur. Xarici qüvvələri hər iki ölkənin müstəqil kursu, özəlliklə də onların çoxillik hakimiyyətləri ərzində öz vətəndaşlarının böyük əksəriyyətinin dəstəyini qazanan liderləri qane etmir.

 

Aydındır ki, Rusiya və Türkiyəni üzdəniraq dövlətlərə çevirmək ümidləri onların rəhbərlərini devirmək cəhdləri kimi hədərdir. Bu cür məqsədlərin reallaşması üçün inadkarlıq onların daha da yaxınlaşmasına və iki ölkənin səylərinin birləşdirilməsinə gətirib çıxara bilər və artıq belə nəticələr var.


Belə yaxınlaşma artıq bütün istiqamətlərdə inkişaf edir. Milyonlarla rusiyalı üçün Türkiyə ikinci vətənə çevrilib. 2019-cu ilin yekunlarına görə, Türkiyəni 18 milyon Rusiya vətəndaşı ziyarət edib. Birgə nigahların sayı yarım milyonu keçib. İqtisadiyyatda əlaqələr, o cümlədən qaz və atom enerjisi sahəsində əməkdaşlıq möhkəmlənir. Terrorçuluqla birgə mübarizə, Suriyada aparılan nizamlama və stabilləşmə işində, qabaqcıl hərbi texnologiyalar sahəsində əməkdaşlıq formalaşıb. Sadalanan istiqamətlər baxımından qarşılıqlı əlaqələr mahiyyətcə müttəfiqlik səviyyəsinə yüksəlir.


Bu fonda hətta Türkiyə ilə Rusiya arasında ilk baxışdan mürəkkəb görünən məsələlər (məsələn, Suriya, Liviya və ya Qətərdən Türkiyəyə qaz kəmərinin çəkilməsi) sonda özünün uğurlu həllini tapır.


İttifaq dövləti - lehinə və əleyhinə


Amma əldə olunanlarla kifayətlənmək olmaz, irəliyə getmək lazımdır. Hara? Cavab sadədir və hətta qanunauyğundur, hərçənd, gözlənilməz səslənir-gündəmdə ikitərəfli formatın institutlaşdırılması dayanır. Həyat özü Rusiyanı və Türkiyəni hətta sadəcə müttəfiqlik münasibətlərini deyil, iki dövlətin İttifaqını formalaşdırmağa məcbur edir. Müvəqqəti alyans kimi İttifaq deyil, İttifaq dövləti, əsl İttifaq.


Təbii ki, istər aşkar, istər sə də uydurma arqumetlər gətirərək, bu fikri elə beşikdəcə boğmaq asan mədsələdir. Amma unutmaq olmaz ki, mənzil başına çatmaq üçün ona doğru yol getməlisən. Məqsədə çatmaq istəyən fəaliyyətsizliyinəbəraət axtarmır, qarşıya qoyulan hədəfə yol tapır.


Tarixə iki dövlət arasında ittifaq yaratmaq cəhdlərinin bir neçə nümunəsi məlumdur. Bu cəhdlərin demək olar ki, hamısı uğursuzluqla nəticələnib. Amma bu Türkiyə ilə Rusiyanı ruhdan salmamalıdır. Öz miqyaslarına görə bir-biri ilə müqayisə oluna bilən iki dövlətdən formalaşan İttifaq dövlətinin uğurlu gələcəyi heç bir şübhə doğurmur. Bu ittifaqın hər iki hər iştirakçısı müstəqilliyini, özünəməxsusluğunu qoruyub saxlayır. Söhbət bir dövlətin digərini "udmasından” deyil, onların qarşılıqlı fayda naminə birliyindən və çuğlaşmasından gedir. Sözügedən ittifaqın əsasında sağlam praqmatizm, birgə maraqların toplusu, yekunda maksimal effektə gətirib çıxaracaq potensialların cəminin formalaşması dayanacaq. Əsas odur ki, arada inam, etimad və ümumi maraq olsun, bu gün bunu sinerji adlandırırlar. Rusiya ilə Türkiyənin potensialının birləşməsi məhz belə effekt verə bilər.


Söhbət milyonlarla insandan, minlərlə kvadrat kilometr ərazidən, onlarla dənizdən (red. Xəzəri saymasaq, onların sayı 14-dür) və hətta iqtisadi, hərbi potensialdan getmir. Məsələ ondadır ki, Avropa ilə Asiyanın sərhədlərində iki ölkənin, ərazilərində tarixən iki qitənin qarşılıqlı əlaqələrinin mövcud olduğu ölkələrin İttifaqı meydana çıxacaq. Avropa və Asiyanın qarşı-qarşıya qoyulması əqli konstruksiyaların nəticəsidir. Min illərdir ki, insanlar, mallar və fikirlər istənilən istiqamətdə xəyali kontinental sərhəddi sərbəst keçiblər. Amma sivilizasiyalararası ziddiyyətlərin və uydurma konstruksiyaların stereotipləri şüurda elə dərin kök salıb ki, uzun müddətdir öz həyatlarını yaşayırlar.


Türkiyə-Rusiya İttifaqının yaradılmasının nəticəsi çoxqütblü dünyanın yeni güclü mərkəzinin formalaşması ola bilər. Bu ittifaq artıq formalaşmış mərkəzlər - ABŞ və Avropa İttifaqı, Çinlə yanaşı dördüncü belə mərkəz olar. Sözügedən mərkəzə hələ ad verilməyib, amma indidən aydındır ki, o bir-brləri ilə qarşılıqlı bağlı olan Roma, Vizantiya, Osmanlı və Rus ənənələrinin yenidən doğulmuş və yenilənmiş varisi olacaq. Yeni zəmində o tərəqqinin, təhlükəsizliyin, çiçəklənmənin, stabilliyin nümunəsinə çevriləcək.


Məndə əminlik var ki, bu birliyin impulsları təkcə postsovet məkanında deyil, bütün regionda ən mürəkkəb və ən köhnə münaqişələrin həllinə xidmət edəcək. Xüsusən də artıq indidən aydındır ki, iki keçmiş imperiyanın təsir məkanında münaqişələr yalnız Rusiya və Türkiyənin qarşılıqlı konsensusunun mövcudluğu halında həll edilə bilər.


Öz özlüyündə "artıq bölüşdürülmüş dünyada”belə köklü yenidənqurma güclü müqavimətlə qarşılaşmaya bilməz. Hamı müqavimət gösərəcək-ABŞ, Avropa, Çin, İran, Ermənistan. Digər maneələr də olacaq.


Türkiyənin indiki NATO üzvlüyü ayrı məsələdir. Hələ irəliyə qaçmaq tezdir, amma Şimali Atlantika Müqaviləsinə əsasən, istənilən üzv ölkə bu alyansdan sadəcə ABŞ hökumətinə nota göndərməklə çıxa bilər. Belə olan halda alyansdan çıxma proseduru bir ilə tamamlanacaq.


 

 

 

İstənilən halda, bu qərarı Ankara lehinə və əleyhinə olan bütün arqumentləri diqqətlə ölçüb biçəndən sonra özü qəbul edəcək. Amma 1949-cu ildə bağlanmış müqavilə açıq-aşkar Türkiyənin indiki maraqlarına cavab vermir, çünki əvəzində heç nə almır, hələ onu demirik ki, NATO üzvü olmasının Türkiyənin Avropa İttifaqına qəbul olunmasına heç bir köməyi yoxdur. On illərdir Türkiyəni Avropa İttifaqının qarşısında "kətilin üstündə” oturdub gözlədirlər.


Mənim bu məsələ ilə bağlı Türkiyədəki son təmaslarım ölkənin siyasi dairələrinin Rusiya ilə gələcək yaxınlaşmada ciddi maraqlı olduğunu təsdiqləyir. Bu yaxınlaşma həm iki ölkənin, həm bütün regionun maraqlarına xidmət edir. Tarixi prosesin məntiqi Avropa və Asiyanın kəsişməsində sivilizasiya vakumunun, eləcə də, siyasi, iqtisadi və mədəni sahədəki boşluğun doldurulmasını tələb edir. Burada region ölkələrini və ərazilərini inkişaf yoluna çıxaracaq impulslara əvvəlkindən daha böyük ehtiyac var.


Hazırda iki dövlətin rəhbərləri öz liderliklərini möhkəmləndiriblər, xalqlarının dəstəyinin aşkar əlamətlərini görürlər və elə məqam yetişir ki, onlar qarşılarına görünməmiş tarixi vəzifəni qoya bilərlər və bunu etməlidirlər. Bu vəzifə iki ölkənin, regionun, qitələrin və bütün dünyanın xalqlarının tarixində yeni səhifə açmaqdan ibarətdir.


 

Əgər indi həlledici addım atılmasa, nəinki bizim ölkələrimiz, eləcə də bütün region hazırda bəşəriyyətin üzləşdiyi tektonik sürüşmələr erasına qədəm basmaq riski ilə üzləşəcək, dünya proseslərinin, yeni sivilizasiyanın kəndarında qalacaq.


Artıq anlamalıyıq ki, bizim region üçün nə Avropa, nə Çin, nə də ABŞ xilas yolu deyil. Biz onlar üçün yadıq. Ən yaxşı halda onlar bizə qaçılmaz bir şər kimi yanaşaraq, bizi hissə-hissə udanadək aralıda saxlamağı qəbul edə bilərlər.

 

Hamıdan güclü olduğumuzla bağlı görüntü yaratmağa son qoymağın vaxtıdır! Hamıdan güclü olmağın vaxtıdır!

 

 

Mənbə: Qazeta.ru

Tərcümə: Selcan

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR