Rusiya və Belarus birləşir - İlkin razılaşma əldə olundu

Rusiya və Belarus birləşir - İlkin razılaşma əldə olundu

Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko birlik dövlətinin inkişaf istiqamətində görülən işlərin bir hissəsi olaraq, ortaq hökumət və parlamentin yaradılması barədə ilkin razılığa gəliblər.

Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, prezidentlər arasındakı razılaşma 2021-ci ilin yanvarından etibarən iki ölkənin iqtisadi sistemlərinin qismən birləşdirilməsini nəzərdə tutur.

Belarusun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Semaşkonun sözlərinə görə, vahid qurumların işi hər iki ölkənin müstəqilliyini qorumaqla, müəyyən idarəetmə funksiyalarının məcburi şəkildə yerinə yetirilməsindən ibarət olacaq.

Bunan əlavə Birlik Dövlətinin 1999-cu il sazişində vahid vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik bazarlarının yaradılması da nəzərdə tutulub. 

 

Xatırladaq ki, Birlik Dövləti haqqında sazişi Lukaşenko və Rusiya Federasiyasının sabiq prezidenti Boris Yeltsin imzalamışdılar. Razılaşmaya əsasən, vahid Ali Dövlət Şurası, parlament, Nazirlər Şurası, məhkəmə və Birlik Dövlətinin Hesablama Palatası yaradılmalıdır.


OXŞAR XƏBƏRLƏR

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....