Rusiya və Belarus birgə hərbi mərkəzlər quracaq

Rusiya və Belarus birgə hərbi mərkəzlər quracaq
Rusiya və Belarus hərbçilərin birgə təlimi üçün üç tədris mərkəzi qurmaq qərarına gəlib.

Sfera.az xəbər verir ki, bu barədə razılıq Moskvada Rusiya və Belarus müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xreninin görüşündə əldə olunub.

Bildirilib ki, mərkəzlərdən ikisi Rusiyada, biri Belarusda yerləşəcək.

Rusiyadakı mərkəzlər Nijni Novqorod və Kalininqrad bölgələrində, Belarusdakı isə Qrodno bölgəsində inşa ediləcək.

Nazirlər görüşdə 2021-ci ildə hərbi əməkdaşlıq istiqamətində birgə tədbirlər planını da müzakirə ediblər. Bu fəaliyyətlər arasında "Zapad-2021” strateji təlimləri xüsusi yer tutur. Görüşdə müzakirə mövzusu olan ən vacib məsələlərdən biri isə iki ölkə arasında mövcud olan birgə müdafiə sisteminin fəaliyyəti olub.



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...