Rusiya Ukraynaya hücum edəcəkmi? - Açıqlama

Rusiya Ukraynaya hücum edəcəkmi? - Açıqlama
NATO-Rusiya danışıqlarının nəticəsizliyindən sonra dünya mediasının diqqət mərkəzində dayanan başlıca məsələ Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətlərinin necə olacağıdır. Maraqlıdır, Rusiya Ukraynaya hücum edəcəkmi? Ukraynaya hücum gerçəkləşərsə, Qərb dövlətlərinin reaksiyası necə proqnozlaşdırıla bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, tərəflər arasında artan gərginliyi nəzərə alsaq, deyə bilərik ki, bəzi qüvvələr regionda müharibənin başlamasında maraqlıdır:
 
"Baş verə biləcək ani gərginliklə Ukraynanın Rusiya və Qərb arasında hərbi təlim meydanına çevrilməsi real ssenaridir. Qərb ölkələri Rusiyanın Ukrayanaya qarşı hər hansı hərbi təcavüzünü cavabsız qoymayacağını və Ukraynaya dəstək olacaqlarını bildiriblər. Amma bu dəstəyin hansı formada olması haqda aydın fikir səsləndirilməyib.

Digər tərəfdən isə Ukrayna üçün önəmli məsələlərdən biri Türkiyə ilə mövcud müttəfiqlikdir. Tərəflər arasındakı müttəfiqlik münasibətlərinin daha da güclənməsində mühüm nöqtə 16 oktyabr 2020-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri və bu səfər çərçivəsində tərəflər arasında 21 hərbi istiqamət üzrə sənədlərin imzalanması oldu.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən Ukrayna Türkiyədən "Bayraktar TB-2" PUA-ları almağa başladı. Türkiyə və Ukrayna arasında əldə edilmiş razılığa əsasən PUA-ların Ukraynada istehsalı da nəzərdə tutulur.

Eyni zamanda Türkiyə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaqını tanımır. Türkiyə tərəfindən atılan bu addımlar Ukraynanın son nəticədə kimə güvənəcəyini göstərmək üçün kifayət edəcək amillərdəndir”.

Politoloqun sözlərinə görə, Türkiyə və Rusiya arasında mövcud olan münasibətlər də diqqət mərkəzindədir:

"Nəzərə alsaq Türkiyə və Rusiya həm ikitərəfli məsələlərdə, həm regional məsələlərdə, həm də qlobal məsələlərdə ciddi əməkdaşlıq edirlər o zaman Türkiyə üçün ciddi seçim imkanları yaranır. Yəni Türkiyə və Rusiya arasında illik ticarət dövriyyəsi təqribən 30 milyard dolların üzərində hesablanır. Eyni zamanda Türkiyə Rusiyadan S-400 raket kompleksləri alır, üstəlik Türkiyə və Rusiya həm Suriyada, həm Qarabağda, həm Liviyada, həm də digər bölgələrdə fəaliyyət göstərirlər.

Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, tərəflər arasında baş verə biləcək istənilən toqquşmada Türkiyənin tərəf seçməsi prinsip etibarilə çətinləşəcək. Əlbəttə ki, Türkiyə üçün ən vəcib məsələ dövlət maraqlarının təmin edilməsidir. Ona görə də hesab etmək olar ki, baş verə biləcək mümkün qarşıdurmada Türkiyə səbirlə hadisələrin gedişat istiqamətlərini də izləyə bilər və vəziyyətə uyğun qərar verə bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...