Rusiya Ukrayna sərhədində hərbi təlimə başladı

Rusiya Ukrayna sərhədində hərbi təlimə başladı
Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərə 10 mindən çox hərbçi cəlb edilib. Manevrlər Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində keçiriləcək.

Həmçinin, Rusiyanın Qara dəniz və Xəzərdəki donanmaları da təlimlərə qatılacaq.

OXŞAR XƏBƏRLƏR