Rusiya-Ukrayna müharibəsi başlayır? - \"Yalnız üç halda...\"

Rusiya-Ukrayna müharibəsi başlayır? - \
"Hazırda dünyada yeni geosiyası arxitekturanın konturları cızılır. Məlumdur ki, belə qlobal hadisələr daim böyük müharibələrlə müşaiyət olunub”.
 
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, Rusiyanın yalnız üç halda Ukraynaya hücumunun mümkün ola biləcəyini bildirib:

"Birinci hal -  Moskva üçün təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən "Şimal Axını-2" birdəfəlik dəfn olunur. Belə olduqda Rusiya öz qazının xeyli hissəsini yenə Ukrayna vasitəsilə ixrac etməli olacaq ki, bu da Kiyevə ağır şərtlər irəli sürmək imkanı verə bilər. Məsələn, Donbassdan və Luqanskdan separatçı adı altında Ukraynaya qarşı döyüşən Rusiya diversantlarını çıxarmaq və həmin ərazilər üzərində Ukraynanın suverenliyini tanımaq. Nəzəri baxımdan Rusiya hətta bununla razılaşsa belə, ardınca Krımla bağlı tələbin olmayacağı da istisna deyil. Ssenari Moskva üçün nəinki əlverişli deyil, hətta Rusiyanın daxili siyasi vəziyyətinə təsir edərək Kreml uğrunda gedən mübarizəni də kəskinləşdirə bilər.  Bu halda da Rusiyanın hərbi gücə əl atmaqdan başqa seçimi qalmır və deməli, müharibə qaçılmaz olur”.

Politoloq ikinci haldan danışarkən Ukraynanın NATO-ya üzv olmağa yaxınlaşmasından söz açıb:

"Bu da Rusiya rəhbərlərinin dəfələrlə açıq bildirdiyi kimi, Moskva üçün "qırmızı xətt" sayılır və deməli, bu halda da gərginliyin hərbi qarşıdurmaya keçmək ehtimalı artır.

Üçüncüsü isə Kiyev işğal altında olan ərazilərini hərbi güc yolu ilə azad etmək üçün hərəkətə keçir və Moskva 2014-cü il "Minsk Anlaşmasını" əsas gətirərək separatçıların nəzarətində olan bölgələrə hərbi qüvvələrini yeridir. Hər üç halda Rusiya-Ukrayna hərbi qarşıdurması ehtimalı artır, amma bu da hələ genişmiqyaslı müharibənin olacağını deməyə əsas vermir. Qərb mediasında isə söhbət əsasən belə müharibədən gedir.  

Qeyd etdiyim 3 haldan başqa qalan bütün hallarda Moskva müharibədə maraqlı olmamalıdır, çünki bu, təkcə Ukrayna üçün deyil, Rusiyanın özü üçün də fəlakətli nəticələr verə bilər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...