Rusiya Türkiyə ilə anlaşaraq Qarabağdan çəkilir? – Erməni təşvişinə politoloq baxışı

Rusiya Türkiyə ilə anlaşaraq Qarabağdan çəkilir? – Erməni təşvişinə politoloq baxışı

"Moskva ilə Ankaranın İdlibdə anlaşması, belə bir anlaşmanın sonradan Qarabağda da tətbiq olunması ehtimalı inandırıcı deyil. Rusiya bu gün Cənubi Qafqaza, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə heç bir digər dünya oyunçusunu, eyni zamanda regional güc olan Türkiyəni qoşmaq istəmir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın "Lragir” saytı və ekspert Ayk Qabrielyanın Suriyanın İdlib əyalətində razılaşma əldə edildikdən sonra, bunun əvəzində Moskva ilə Ankaranın diqqətinin Dağlıq Qarabağa yönələcəyi və burada da ortaq məxrəcə gələcəkləri barədə proqnozlarına münasibət bildirərkən politoloq Natiq Miri deyib.


N. Miri hesab edir ki, bu tip açıqlamalar köhnə erməni taktikasından başqa heç nə deyil: "Dünya miqyasında super və regional güclər arasında müəyyən böhran vəziyyəti yaranan kimi ermənilər bundan yararlanmağa çalışır. Bir növ qabaqlayıcı addım olaraq belə hay-qışqırıq salmaqla erməni məsələsini yenidən gündəmə gətirmək istəyirlər. Guya bütün bu oyunların sonunda ermənilər əziləcək. Əslində səslənən bu açıqlamalar absurd olduğu qədər yalan və böhtandır”.

 

Ekspert düşünür ki, Moskvanın Dağlıq Qarabağ məsələsində Ankara ilə əməkdaşlığa gedəcəyi real deyil: "Bu gün İdlibdə Türkiyə ilə Əsəd qoşunları qarşı-qarşıya olsa da səhnənin arxasında Rusiya dayanıb. Deməli, burada Türkiyə rus hərbi maşını ilə üz-üzədir. Moskva hələ də Cənubi Qafqaza özünün arxa bağçası kimi baxdığından, Türkiyəni bu ərazilərə buraxmaq fikrində deyil. Belə vəziyyətdə Rusiya Qafqazdakı mövqeyini nəyə görə Türkiyə ilə bölüşməlidir ki?”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...