Rusiya təzyiqləri artırır, Ərdoğan Ukraynaya PUA-ların satışını dayandıracaq? – “Kompramisə gedəcəklər...”

Rusiya təzyiqləri artırır, Ərdoğan Ukraynaya PUA-ların satışını dayandıracaq? – “Kompramisə gedəcəklər...”
Türkiyə "Bayraktar-TB2" silahlı insansız uçuş aparatının satışından və Ukraynaya dəstəyindən imtina etməzsə, Moskva uçuşlara qoyulan qadağanı uzadacaq.
 
Bu barədə "Wall Street Journal" məlumat yayıb. Qeyd edilir ki, bu şərti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiyə bildirib.

Maraqlıdır, Ərdoğanın bu təklifə münasibəti necə ola bilər? Türkiyə-Ukrayna müttəfiqliyi sonlana bilərmi?

Məsələ ətrafında Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ərdoğanın siyasətindən geri çəkilməyəcəyini bildirib:
"Türkiyə-Rusiya münasibətlərinə turizm siyasəti çox vacibdir. Türkiyəyə gələn turistlər içərisində rusiyalı turistlər ilk yerdədir. Bu da milyardlarla vəsait deməkdir ki, ötən ildən pandemiya ilə əlaqədar olaraq turizm sketoru zərər çəkən Türkiyəyə Rusiya turizm istiqamətində təzyiq edir. Gəzişən söz-söhbətlərə görə, Rusiya tərəfinin Türkiyə ilə sərhədləri bağlamasına səbəb Türkiyənin Ukraynaya verdiyi dəstək, silahsız uçuş aparatının satışıdır. Ərdoğan elə liderlərdəndir ki, heç vaxt öz prinsipial siyasətindən geri çəkilmir". 

Politoloq Türkiyə-Rusiya münasibətlərinin nizama düşəcəyini diqqətə çatdırıb:

"Ukrayna isə Türkiyənin geosiyasi maraqları üçün mühüm əhəmiyyət kəsb edir. Krım yarımadası məlum olduğu kimi vaxtı ilə Osmanlı tərkibində olub, elə bu onu deməyə əsas verir ki, Krım Türkiyə üçün hansı önəmi kəsb edir. Türkiyənin beynəlxalq arenada Ukraynanı dəstəkləməsi bundan sonra da davam edəcək. Rusiya və Türkiyə müxtəlif regionlarda olduğu kimi Cənubi Qafqazda, Liviyada, Suriyada və Ukraynada dil tapmağı bacaracaq. Hər iki ölkənin qarşılıqlı kompramisə gedəcəyi gözlənilir". 

Əzizə Zeynal
Sfera.az
  


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...