Rusiya telekanalında azərbaycanlı aktyorun iştirakı ilə serial yayıma başladı - VİDEO

Rusiya telekanalında azərbaycanlı aktyorun iştirakı ilə serial yayıma başladı - VİDEO

Gənc və istedadlı aktyor Anar Xəlilov məşhur rusiyalı həmkarları ilə birlikdə seriala çəkilib.

Sfera.az xəbər verir ki, dekabrın 1-dən Rusiyanın telekanallarının birində azərbaycanlı aktyor Anar Xəlilovun iştirakı ilə "Məxməri mövsüm” serialının premyerası olub.

 

Serialda insanların real həyatda qarşılaşdığı sevgi, münasibətlər və acı xəyanətdən bəhs edilir. Anar sözügedən ekran əsərində əsas qəhrəmanlardan birini canlandırıb.

Ekran əsərinin rejissoru Leonid Plyaskindir. Baş rollarda Rusiyanın məşhur aktyorları Olqa Spirkina, Sergey Aktasov, Janna Epple, Valeri Novikov, Stanislav Bondarenko, Sergey Tessler,  və Anar Xəlilov çəkilib.

Anar Xəlilov "Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. Anar azərbaycanlı rejissor İlqar Safatın "İçəri şəhər” filmində rol alıb. Xəlilov aktyorluqdan savayı model kimi də fəaliyyət göstərir. (oxu.az)

R


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...