Rusiya Tacikistandakı bazasında hərbi təlimlər keçirir

Rusiya Tacikistandakı bazasında hərbi təlimlər keçirir
Rusiyanın Tacikistandakı hərbi bazasının poliqonunda min hərbçinin iştirakı ilə təlimlər başlayıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin Mətbuat Xidməti bildirib.

Məlumata görə, Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının Lyaur və Sambuli dağlıq poliqonlarında min hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb.

Xatırladaq ki, bu bazada sonuncu hərbi təlimlər 2021-ci ilin iyununda keçirilib.

201 saylı hərbi hissə Rusiyanın xaricdəki ən böyük bazasıdır. O, Düşənbə və Boxtar şəhərlərində yerləşir. Onun tərkibində motoatıcı, tank, artilleriya, kəşfiyyat, Hava Hücumundan Müdafiə, rabitə taborları var. Bu bazanın 2042-ci ilədək bu ölkədə qalması barədə sazişi 2012-ci ilin oktyabrında Tacikistan parlamentinin aşağı palatası təsdiqləyib.

Tacikistanda Rusiya hərbi bazası 2000-ci illərin ortalarında keçmiş sovet ordusunun 201-ci motoatıcı diviziyasının əsasında yaradılıb. Rusiya hərbi bazaya görə Tacikistana pul ödəmir, əvəzində ölkəyə silah və hərbi texnika ilə yardımı edir.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...