Rusiya Suriyaya qırıcılarını göndərir
12:35 / 14.10.2016
1033
Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin aviasiya qrupunun Suriya ərazisində yerləşdirilməsinə dair sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə AzVision.az TASSA- a istinad edir.
Qeyd edək ki, oktyabrın 7-də Rusiya Dövlət Duması aviaqrupun müddətsiz vaxtda Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya- Suriya sazişini ratifikasiya edib. Bu saziş 26 avqust 2015-ci ildə Dəməşqdə imzalanıb.
Razılaşmanın mətnində göstərilən şərtlərə əsasən Rusiya Suriya rəhbərliyi ilə razılıq əsasında aviasiya qrupunun tərkibini özünü müəyyənləşdirir.