Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov kimdir? - Dosye
Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.
Bu arada isə Rüstəm Muradovla bağlı maraqlı təfərrüatlar bəlli olub.
Sfera.az xatırladır ki, Rüstəm Usmanoviç Muradov 1973-cü ilin 21 martında Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən keçmiş Dağıstan MSSR-in Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələrdə onun Azərbaycan mənşəli olduğu bildirilir. Atasının adı Usman, anasının adı Ümijatdır.
1966-cı ildə Cənubi Dağıstandakı zəlzələdən sonra, Rüstəm Muradovun atası valideynləri ilə birlikdə Tabasaran bölgəsindən Çinar kəndinə köçüb.
Elə burada da evlənib, 3 oğlu dünyaya gəlib. Rüstəm Çinar kəndindəki otra məktəbdə təhsil alıb.
Orxan