Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar

Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar
Sülhməramlı kontingentin əsasını Rusiya Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələri təşkil edir. 2018-ci il prezidentin fərmanı ilə bu briqadaya "Aleksandriyskaya” fəxri adı verilib.

KP-nin məlumatına görə, 15-ci alay Rusiya Silahlı Qüvvələrində yeganə sülhməramlı briqadadır və BMT-nin beynəlxalq sülhməramlı qüvvələrinin bir hissəsidir. Tamamilə müqaviləli hərbçilərdən təşkil olunub.

Briqada nələrdən təşkil olunub?

Əlahiddə motoatıcı briqadaya idarə (qərargah), 3 motoatıcı və 1 tank taburu, zenit-raket diviziyası; zenit raket və artilleriya diviziyası, kəşfiyyat batalyonu, mühəndis-istehkam batalyonu, idarə (rabitə) batalyonu, təmir-bərpa batalyonu, maddi təminat batalyonu, atıcı bölük (snayperlər), radiasiya, kimyəvi və bioloji mühafizə bölüyü, pilotsuz uçuş aparatları bölüyü, radio-elektron döyüş bölüyü, komendant bölüyü, tibbi bölük, artilleriya kəşfiyyat bölüyü, nəzarət və radar kəşfiyyatının tağımı, təlimatçılardan ibarət tağım və orkestr daxildir.

2019-cu ildən briqadaya polkovnik Konstantin Neçayev komandanlıq edir.

Rusiya sülhməramlıları hansı tapşırıqları yerinə yetirəcək?

Əsas vəzifə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına nəzarət etməkdir.

Hansı silahları var?

Briqadanın hər bir əsgərinin "Ratnik” döyüş avadanlığı dəsti var. Üç il əvvəldən briqada BMD-4M desant döyüş maşınlarına və BTR-MDM Rakuşka zirehli transportyora keçməyə başlayıblar.

Sülhməramlıların radio elektron mübarizə üçün müasir elektron müharibə vasitələri də mövcuddur. Ayrıca, briqada Rusiya istehsalı "Orlan-10” dronları ilə silahlanıb. Bu PUA-lar maksimum məsafədə (120 kilometr) hava kəşfiyyatını təmin edirlər.

Sülhməramlıların vəzifələri nələrdir?

Sülhməramlıların əsas vəzifəsi döyüşən tərəfləri barışdırmaqdır. Bu məqsədlə aşağıdakıları etməlidirlər:

- münaqişə tərəflərinin sazişə riayət etməsini izləmək;

- silahlı toqquşmaların qarşısını almaq;

- xarici qüvvələr tərəfindən münaqişə iştirakçılarına silah verilməsinin qarşısını almaq;

- mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq;

- nümayəndə heyətlərinin qorunmasını təmin etmək;

- mülki əhaliyə kömək etmək.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...