Rusiya ŞƏRT QOYDU: \"Avropa zəmanət verməsə...\"

Rusiya ŞƏRT QOYDU: \

Rusiya Avropadan rəsmi zəmanətin verilməyəcəyi təqdirdə Türk Axını layihəsində ikinci boru xəttinin çəkilməyəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi Dördüncü Avropa departamentinin direktoru Aleksandr Botsan-Harçenko edib.

İnterfaks-a danışan Botsan-Harçenko Avropa Komissiyası tərəfindən təsdiq edilmiş zəmanətlər olmadan Türk Axınında ikinci xətti inşa etməyin risk olduğunu bildirib.

Yalnız bəzi siyasi qərarlarla kifayətlənərək ikinci xəttin inşa edilə bilməyəcəyini vurğulayan Botsan-Harçenko "Buna görə Avropa Komissiyasından zəmanət almadan belə bir işə cəhd etmərik" deyib.

 

Botsan-Harchenko ikinci xəttin Cənubi Avropanın fasiləsiz təbii qazla təchizatı baxımından əhəmiyyətli olduğunu bildirib. O, layihənin ikinci xətti üçün hələ də hər hansı bir zəmanət verilməməsinin, başda Serbiya olmaqla, bölgədəki digər ölkələrə ziyan vurduğunu qeyd edib.

Xatırladaq ki, Türk Axını təbii qaz boru xətti layihəsində hökumətlərarası razılaşma Türkiyə və Rusiya arasında keçən ilin 10 oktyabrında imzalanmışdı. Layihə çərçivəsində, hər biri 15.75 milyard kubmetr tutuma sahib iki boru xətti inşa edilməsi planlaşdırılır.

 


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...