Rusiya səfiri Yerevandan açıqladı: “Fasiləsiz iş gedir...”

Rusiya səfiri Yerevandan açıqladı: “Fasiləsiz iş gedir...”
"Hərbi əsirlərin geri qaytarılması prosesinin daha sürətli və "hamının hamıya ” prinsipinə uyğun davam etməsini istəyərdik”.
 
Sfera.az  Ermənistanın "News.am” saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin fevralın 23-də jurnalistlərə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə əsirlərin geri qaytarılması sadə məsələ olmasa da, bu istiqamətdə fasiləsiz olaraq iş aparılır. Sözügedən prosesdə Rusiyanın ali hakimiyyəti də yaxından iştirak edir. O, xatırladıb ki, mütəmadi olaraq əsirlərdən ibarət yeni qrupların qaytarılması haqda məlumat verilir.
 
"Hazırda hərbi əsirlərdən ibarət yeni qrupların qaytarılması ilə bağlı məlumatım yoxdur”, - deyə Kopırkin bildirib.
 
News.am (Ermənistan yenilikləri-red.) saytının müxbiri səfirdən  Rusiya rəhbərliyinin hərbi əsirləri "hamının hamıya” prinsipi ilə dəyişdirilməsinin zəruriliyi ilə bağlı bəyanatının Bakıda dəstəklənməməsinə münasibət bildirməsini və Azərbaycanın 9 noyabr tarixli üçtərəfli bəyanatın müvafiq bəndinə nədən əməl etməməsi sualına cavab verməsini xahiş edib.
 
Rusiya diplomatik nümayəndəliyinin rəhbəri buna cavab olaraq bildirib ki, "Mən bu prosesdə iştirak etmirəm. Bu üzdən sözüegedən məsələ ilə bağlı  əhatəli şərh verməyə çətinlik çəkirəm. Bircə onu bilirəm ki, bu istiqamətdə iş gedir”.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR