Rusiya səfiri yaxın zamanda ABŞ-a qayıtmayacaq – Rəsmi açıqlama

Rusiya səfiri yaxın zamanda ABŞ-a qayıtmayacaq – Rəsmi açıqlama
"Çox guman ki,  Rusiya səfiri Anatoli Antonov yaxın zamanlarda Vaşinqtona dönməyək”.
 
Sfera.az xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında Rusiya  XİN-nin müavini  Sergey Ryabkov söyləyib.
 
"Bu yaxın günlərdə həll olunacaq məsələ deyil. Səfirin qayıtma müddəti Vaşinqtonun ikitərəfli görüşdə atacağı addımlara uyğun olaraq müəyyən ediləcək. Ümid edirik ki, sözügedən görüşdə ölkələrimiz arasındakı münasibətlərin nisbi normallaşması istiqamətində hansısa təkliflər səsləndiriləcək və bu yolda hansısa əməli işlər görüləcək”, - deyə o, bildirib.
 
Qeyd edək ki,  Antonov martın 21-də  Moskvaya qayıdıb. Amerika prezidenti Co Baydenin "Vladimir Putini qatil hesab edirsinizmi?” sualına müsbət cavab verərək Rusiya liderinin ABŞ-dakı seçkilərə müdaxiləyə görə cavab verəcəyi bəyanatından sonra Rusiya XİN-i onu bu məsələ ilə bağlı məsləhətləşmə aparmaq və ABŞ-Rusiya münasibətlərini analiz etmək məqsədilə Rusiyaya dəvət edib.
 
Rusiya XİN-də vurğulayıblar ki, onlar Vaşinqtonun dalana dirədiyi Rusiya-Amerika münasibətlərinin geriyə dönüşü olmayan deqradasiyasının qarşısını almaqda və əlaqələrin normallaşması üçün yolların müəyyən olunmasında maraqlıdırlar.
 
Moskvada Antonov Xarici İşlər Nazirliyində, Dövlət Dumasında və Federasiya Şurasında görüşlər keçirib. Xarici işlər naziri Sergey Lavrovun açıqlamasına görə, səfirin Vaşinqtona qaytarılması qərarı prezident tərəfindən veriləcək.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...