Rusiya Paşinyandan bu cümləsinin qisasını alır – “Belə deməməli idi...”

Rusiya Paşinyandan bu cümləsinin qisasını alır – “Belə deməməli idi...”
"Ermənistan dərin siyasi böhran yaşayır. Paşinyanın əhali arasında reytinqi pis deyil. Sadəcə olaraq bu günlərdə ciddi bir səhvə yol verdi. Necə deyərlər, Rusiyanın quyruğunu tapdaladı. Bildirdi ki, Rusiyanın Ermənistana verdiyi silahlar, xüsusilə "İsgəndər” əməliyyat-taktiki kompleksinin raketləri köhnə idi, silahların atdığı raketlərin çoxu ya hədəfdən yan keçir, ya da partlamır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyanın açıqlaması ciddi etirazlara səbəb olub:
 
"Xüsusilə bu, Rusiyanın silah satışına kölgə saldı. Görünür, Ermənistandakı ruspərəstlər Rusiyanın müəyyən dairələrindən göstərişlər alaraq artıq Paşinyanı devirmək qərarına gəliblər. Bunu da orduya həvalə ediblər. Çünki 20-yə yaxın partiyanı birləşdirən müxalifətin demək olar ki, Paşinyana gücü çatmır, əhali müxalifəti müdafiə etrmir. Dünən axşamüstü ordunun baş qərargah rəisi, müavinləri, ordunun idarə rəisləri, eləcə də bir sıra korpusun komandirləri – təxminən 40-a qədər yüksək rütbəli zabit Paşinyanın hakimiyyətdən getməsini tələb etdilər.
 
Paşinyan da baş qərargah rəisinin müavinini dərhal işdən azad etdi, xalqa müraciət edərək onları Respublika meydanında mitinqə çağırdı. Yəni, vəziyyət çox gərgindir, qarşıdurma elementləri mövcuddur. Müxalifət tərəfdarları ilə Paşinyan tərəfdarları arasında toqquşma ehtimalı var. Amma bütövlükdə belə görünür ki, Rusiya da artıq Paşinyanla vidalaşmağı düşünür. Bu baxımdan onun hakimiyyətdə qalması üçün xalqın böyük dəstəyi tələb olunur”.

Politoloq bildirib ki, Paşinyan meydanlarda 100-150 min adam yığa bilsə, hakimiyyətini qoruyub saxlaya biləcək: "Digər tərəfdən Paşinyanın hakimiyyətə dirənəcəyi təqdirdə ona qarşı sui-qəsd ehtimalı da var. Paşinyan səmimi danışmaq istədi, amma siyasətdə səmiyyəti kimdir qəbul edən? O, hər şeyi açmamalı idi. Açıqlamaları haqlı olaraq Rusiyanı qıcıqlandırdı. "İsgəndər” raketləri Paşinyan üçün başağrısı oldu”.

Müsahibimiz həmçinin Paşinyanın hakimiyyətdən getdiyi təqdirdə Qarabağ bəyanatlarının qüvvədə qalıb-qalmayacağı ilə bağlı da danışıb: "Bəyanatlar qüvvədə qalmalıdır, onun böyük hissəsi yerinə yetirilib. Paşinyan bizim üçün ən uyğun adam idi, reallıqları görə bilirdi. Buna baxmayaraq yerinə başqası gəlsə də, Azərbaycan ordusu var, qardaş Türkiyə var”.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...