“Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?” – Zərdüşt Əlizadə
15:46 / 08.04.2021
1044
"Türkiyə ordusu ilə birlikdə təlimlər keçərə
bilərik, zabitlərimiz orada təhsil ala bilər. Hərbi əməkdaşlığımız inkişaf edə
bilər. Amma Türkiyə Ordusunun hərbi
bazasının Azərbaycanda yerləşməsi üçün siyasi və hərbi zərurətin olduğunu
görmürəm. Bunu NATO-da da anlayırlar.
Ona görə onlar üçün də Türkiyənin Azərbaycanda
hərbi bazasının olması cəlbedici deyil”.
Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə
Ordusunun Azərbaycanda varlığının
Ankaranın üzv olduğu NATO-nun da
maraqlarına cavab verib-vermədiyinə aydınlıq gətirərkən politoloq Zərdüşt
Əlizadə deyib:
"Türkiyə ordusunun Azərbaycanda yerləşməsi
prinsip etibarı ilə hansısa məqsədə xidmət etməlidir. Məsələn, Rusiyanın Ermənistandakı
hərbi bazasının mahiyyəti Kremldə
oturanların qənaətinə görə, Türkiyənin bu ölkəyə hərbi hədələrinin qarşısını
almağa yönəlib. ABŞ-ın da çoxsaylı
xarici dövlətdə hərbi bazaları mövcuddur. Bunlar hamısı konkret hərbi-siyasi məqsədlərə
xidmət edir. Azərbaycana indilikdə
hansısa hərbi təhlükə yoxdur”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan
Qoşulmamaq Hərəkatına qoşulduğundan burada hər hansı bir xarici hərbi bazanın
olmasına ehtiyac yoxdur:
Elçin