No Image
No Image

“Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?” – Zərdüşt Əlizadə

“Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?” – Zərdüşt Əlizadə
"Türkiyə ordusu ilə birlikdə təlimlər keçərə bilərik, zabitlərimiz orada təhsil ala bilər. Hərbi əməkdaşlığımız inkişaf edə bilər.  Amma Türkiyə Ordusunun hərbi bazasının Azərbaycanda yerləşməsi üçün siyasi və hərbi zərurətin olduğunu görmürəm.  Bunu NATO-da da anlayırlar. Ona görə onlar üçün də Türkiyənin Azərbaycanda  hərbi bazasının olması cəlbedici deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Ordusunun Azərbaycanda varlığının  Ankaranın üzv olduğu NATO-nun da  maraqlarına cavab verib-vermədiyinə aydınlıq gətirərkən politoloq Zərdüşt Əlizadə deyib:

"Türkiyə ordusunun Azərbaycanda yerləşməsi prinsip etibarı ilə hansısa məqsədə xidmət etməlidir. Məsələn, Rusiyanın Ermənistandakı hərbi bazasının mahiyyəti  Kremldə oturanların qənaətinə görə, Türkiyənin bu ölkəyə hərbi hədələrinin qarşısını almağa yönəlib.  ABŞ-ın da çoxsaylı xarici dövlətdə hərbi bazaları mövcuddur. Bunlar hamısı konkret hərbi-siyasi məqsədlərə xidmət edir.  Azərbaycana indilikdə hansısa hərbi təhlükə yoxdur”. 
 
Politoloq onu da qeyd etdi ki, Azərbaycan Qoşulmamaq Hərəkatına qoşulduğundan burada hər hansı bir xarici hərbi bazanın olmasına ehtiyac yoxdur: 
 
"Ermənistandan gələn təhlükəni 44 günlük müharibədə puç etdik. Rusiya təhlükəsinə gəldikdə, Bakı bunu Moskva ilə mehriban qonşuluq və əməkdaşlıq münasibətlərilə neytrallaşdırılıb.  Bakı Gürcüstan, Ukrayna, Moldova kimi Rusiyaya düşmən olan NATO-ya üzv olmaq istədiyini elan etsə, onda real təhlükə yarana bilər. Bu fonda Rusiyadan gələ biləcək hər hansı təhlükənin almaq üçün Türkiyə Ordusunun Azərbaycanda olması yaxşı olardı. Amma indilikdə belə bir şey yoxdur.  Azərbaycanın siyasi xətti qoşulmamaq hərəkatıdır. Belə olan halda Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?”
 
Elçin
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adları verilir - FOTO

Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Facebook” səhifəsində maraqlı paylaşım edib. MediaBa...

“İslam Əməkdaşlıq Təşkilatının dəstəyini həmişə hiss etmişik” - Deputat

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra...

“Rusiya nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir...” - Politoloq

"Rusiya-Ukrayna cəbhəsində alovlanan hərbi-siyasi gərginliyin fonunda müzakirə olunan məsələlərdən biri də Kiyevin NATO-ya inteqrasiya və üzvlük məsələsidir. ...

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi - SƏBƏB

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...

Vilayət Eyvazov İkram Əhmədova yeni vəzifə verdi

Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib. Sfera.az-ın verdiyi xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazov...

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır"

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir”.   Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin...