No Image
No Image

Rusiya Navalnı ilə nə edəcəyini bilmir? – Qərbin artan təzyiqi və sankisya xəbərdarlıqları

Rusiya Navalnı ilə nə edəcəyini bilmir? – Qərbin artan təzyiqi və sankisya xəbərdarlıqları
Beləliklə, Rusiya müxalifətinin lideri Aleksey Navalnı vəd etdiyi kimi, yanvarın 17-də Rusiyaya döndü və Şeremetyevo hava limanında saxlanıldı. Əslində burada gözlənilməz heç nə yox idi, çünki Cəzaların İcrası Federal Xidməti az əvvəl şərti məhkumluğu olan şəxs kimi icra müfəttişliyinə gəlmədiyinə görə onu saxlayacağına söz vermişdi.

Gözləmirdilər, amma hazırlaşırdılar

Qərb dövlətlərinin reaksiyası özünü gözlətmədi. Qeyd edilməlidir ki, bu da təbii idi. Operativlik təəccüb doğurmamalıdır – axı Cəzaların İcrası Federal Xidmətinin bəyanatını orada da  eşidiblər. Buna görə də, Aleksey Navalnının Rusiyaya gəldikdən dərhal sonra saxlanacağı ehtimal olunurdu.

İlk reaksiya Beynəlxalq Əfv Təşkilatından (Amnesty International) gəldi. Navalnının saxlandıldığı elan ediləndən bir neçə dəqiqə sonraTəşkilatın veb saytında hadisəni pisləyən böyük bir mətn yayımlandı və Aleksey Anatolyeviç vicdan məhbusu elan edildi. Məqalənin belə qısa bir müddətdə yayımlanması və mətnin həcmi onun əvvəlcədən hazırlandığını göstərir.

Qərb siyasətçiləri arasında məlum olaya ilk reaksiya  verən Avropa Şurasının prezidenti Şarl Mişel Navalnının saxlanılmasını qəbuledilməz adlandırdı və Rusiya hakimiyyətini onu dərhal azad etməyə çağırdı.

Bunun ardınca Latviya, Litva və Estoniya xarici işlər nazirləri tərəfindən həbsin yolverilməzliyi və Navalnının dərhal sərbəst buraxılması zərurəti barədə birgə bəyanat verildi. Bundan əlavə, Rusiya hakimiyyəti dərhal reaksiya verməyəcəyi təqdirdə, Avropa Birliyi tərəfindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldıracaqları ilə də hədələdilər.

ABŞ-da Navalnının saxlanılmasına ən operativ reaksiya verən yeni seçilmiş ABŞ prezidentinin müşaviri Ceyk Sallivan oldu: " Cənab Navalnı dərhal sərbəıst buraxılmalı, onun həyatına qəsd edənlər isə məsuliyyətə cəlb olunmalıdırlar”.

Daha sonra, Dövlət katibi Mayk Pompeo da Navalnının saxlanılmasını qınadı və onun "dərhal, qeyd-şərtsiz sərbəst buraxılmasını" tələb etdi.
Ümumiyyətlə, Kanada, Almaniya, Fransa və bir sıra digər dövlətlərin xarici əlaqələr qurumları rəhbərləri tərəfindən də oxşar bəyanatlar verildi.

Rusiyanın reaksiyası
 
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərb siyasətçilərinin Navalnının saxlanılması ilə verdiyi bəyənatları belə şərh etdi: "Qərb siyasətçiləri ölkələrindəki daxili böhrandan diqqəti yayındırmaq üçün Aleksey Navalnı hekayəsindən istifadə edir”.

Aydındır ki, Aleksey Navalnı olayının davamı Rusiya-Qərb münasibətlərində növbəti gərginliyə səbəb olacaq.

Sanksiyalar? Təbii ki, mümkündür. Co Baydenin andiçmə mərasimindən sonra ABŞ bu məsələdə Donald Trampın hakimiyyəti dövründəkindən daha operativ olacaq. Avropa Birliyindən çıxma prosesi başa çatdıqdan sonra Böyük Britaniya da bu prosesə qoşulacaq. Şübhəsiz, Avropa Birliyi də bu məsələdən kənarda qalmayacaq.
 
Mənbə: Pravda.ru
Tərcümə: Selcan
Sfera.az
 
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya dollardan imtina edir? - Federasiya Şurası sədrindən AÇIQLAMA

ABŞ dolları Rusiyada dövriyyədə qalacaq və heç bir yerə itməyəcək, amma iqtisadiyyatın ondan asılılığını azaltmaq lazımdır.   Sfera.az xəbər verir k...

Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir

Ermənistanın müxalifyönlü mətbuatı baş nazir Nikol Paşinyana dəstək mitinqi ilə bağlı ilginc məlumat yayıb. Sfera.az xəbər verir ki, ölkənin aparıcı saytl...

Ermənistanda etirazçılar hökumət binasına basqın etdi - VİDEO

Ermənistanda etirazçılar hökumət kompleksinin binasına basqın edib.   Onlar baş nazir Paşinyanın istefasını tələb edirlər.   Bu barədə İnterfaks a...

Aleksey Navalnı təcridxanadan yoxa çıxıb – Vəkilindən açıqlama

Aleksey Navalnı "Matrosskaya Tişina” təcridxanasında deyil. Sfera.az pravda.ru-ya istinadla xəbər verir ki, Aleksey Navalnının vəkili Vadim Kobzev onunl...

“Paşinyan tamamilə uğursuz oldu” - Solovyov

Rusiyalı teleaparıcı Vladimir Solovyov müəllifi olduğu verilişdə Ermənistan rəhbərliyini tənqid edib. Sfera.az-ın məlumatına görə, Solovyov baş nazir Niko...

Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi

"Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və ...