“Rusiya müharibə zamanı Ermənistan üçün mümkün hər şeyi etdi” - Tonoyan

“Rusiya müharibə zamanı Ermənistan üçün mümkün hər şeyi etdi” - Tonoyan
"Qarabağdakı müharibə zamanı Rusiya Ermənistana dəstək göstərmək və müttəfiqlik borclarını yerinə yetirmək üçün əlindən gələni edib”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan "Mediamaks” agentliyinə verdiyi müsahibədə deyib. O, müharibə ərzində rus həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla bir neçə dəfə telefon danışığı apardığını etiraf edib.

"Məlum səbəblərdən danışılanları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”,- deyə Tonoyan bildirib.

Eks-nazir qeyd edib ki, Şoyqu ilə davamlı iş əlaqələri müdafiə məsələləri ilə yanaşı bir sıra digər vacib məsələlərin həllinə imkan verib.

Xatırladaq ki, Tonoyan müharibə bitdikdən bir neçə gün sonra Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR