Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”

Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”
"Uzun zamandan sonra Rusiya Müdafiə Nazirliyi fərqli bir xəritə yayımlayıb. Bu xəritədə "Dağlıq Qarabağ" sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib". 

Sfera.az əbər verir ki, bunu politoloq Elman Vəliyev deyib. Politoloq bəzi yerlərin adlarının əvvəlki qaydalara uyğun, olduğu kimi saxlanıldığını, yəni Azərbaycan adları ilə verilmədiyini qeyd edib:

"Zənn edirəm, Rusiya bunu qarşı tərəfi hiddətləndirməmək üçün edib. Bu o mənaya gəlir ki, delimitasiya zamanı bu ərazilər də Azərbaycan sərhədləri daxilində veriləcək. BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan və Ermənistan xarici işlər naziri ABŞ, Rusiya və Fransa (həmsədrlər) tərəflərinin təşəbbüsü ilə görüş keçiriblər. Bu görüşə kimi Rusiya tərəfi bu cür xəritə paylaşmamışdı. Həmçinin tərəflər problemi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını bəyan etmişdilər. Bu istək 76-ci sessiyaya qismət olub, deyəsən.

Stepanakert adını Xankəndi ilə dəyişilməməsi isə burada ermənilərin də yaşayacağını bildirir. Çünki Ermənistan tərəfi hələ də qondarma respublikanı davam etdirirlər. Əgər Rusiya bu addımı atsa, Ermənistan tərəfindən narazılıqla qarşılanacaq". 

Ekspert Rusiya tərəfinin paralel proses apardığını bildirib:

"Rusiya tərəfi prosesləri paralel aparır. Yəni həm Ermənistan tərəfinin, həm də Azərbaycan tərəfinin qəzəbinə səbəb olacaq addım atılmamasına səy göstərir. Ancaq bu qondarma respublikanın statusu məsələsi elə ermənilər üçün dərd olaraq da qalacaq.

Prezident İlham Əliyevin "Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansısa təhdid görərsə, legitim özünümüdafiə hüquququndan tərəddüd etmədən istifadə edəcək” deməsi aşkar mesaj idi. Yəni Ermənistan tərəfi ağıllı olsun, sülhə razılaşsın, əks təqdirdə nə olacağı bəllidir".

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...