No Image
No Image

Rusiya MN-dən Laçındakı su elektrik stansiyası ilə bağlı AÇIQLAMA

Rusiya MN-dən Laçındakı su elektrik stansiyası ilə bağlı AÇIQLAMA
Rusiya sülhməramlıları Laçın su elektrik stansiyasının fəaliyyətinin bərpasına kömək ediblər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

Əvvəllər əldə olunmuş razılaşmalar nəticəsində Laçın Su Elektrik Stansiyasının turbin salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasında idi və su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçən ərazidədir.

"Rus sülhməramlı kontingentinin komandanlığının köməyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edildi. Hazırda rus sülhməramlıları elektrik stansiyasının blok və sistemlərində təmir işləri aparmaq üçün enerji mühəndislərinin təhlükəsizliyini və maneəsiz girişini təmin edirlər. Bu, Xankəndi şəhərinə və yaxın yaşayış məntəqələrinə elektrik enerjisi verilməsinə imkan yaradır", - deyə məlumatda qeyd olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. &nbs...

Jurnalistlər Birliyinin sədrindən Operativ Qərargahın brifinqləri ilə bağlı AÇIQLAMA

Hazırda pandemiya dövrüdü və mütəmadi olaraq ölkədə bununla bağlı Operativ Qərargahın brifinqləri təşkil edilir. Lakin bu istiqamətdə jurnalistlərin, o cümlədən...

ABŞ Azərbaycanın üç ermənini azad etməsini alqışladı

"ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır”. Sfera.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken öz tvitter hesabınd...

Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”

"Ötən gün Ermənistan parlamentində formal olaraq yeni baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd - baş nazir v...

“Alınan rüşvətlər sahibinə geri qaytarılmalıdır” - Deputat

"Prezidentin ehtiyat fondundan pullar ayrılırdı ki, əlilləri, tam imkansızları və çarəsizləri evlə təmin etsinlər. Təəssüf ki, əvvəlki rəhbərlik və digər əli ...

İran ermənilərə yardım edir, Rusiya sülhməramlıları göz yumur - Qalmaqallı görüntülər yayıldı

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa "yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.   S...