Rusiya məhkəməsi azərbaycanlının xeyrinə qərar çıxardı

Rusiya məhkəməsi azərbaycanlının xeyrinə qərar çıxardı
 

Bryanks vilayət məhkəməsi Azərbaycan vətəndaşı Cəmşid Ələkbərovun müvəqqəti yaşama icazəsi barədə ərizəsinə yenidən baxmaq üçün göstəriş verib.

Sfera.az  bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, C.Ələkbərov Rusiya Daxili İşlər Nazirliyinin Bryansk vilayəti üzrə İdarəsinə sənədləri ilə müraciət edərək müvəqqəti yaşama icazəsinin verilməsini istəyib.

Miqrasiya məsələləri üzrə idarə isə Ələkbərovun müraciətinə rədd cavabı verib və bildirib ki, Rusiya ərazisində yaşayış yerini səhv göstərdiyi üçün belə qərar qəbul edilib.

Şikayətçi bu rədd cavabına görə məhkəməyə müraciət edib. Məhkəmə isə fərqli qərar qəbul edib.

Məlum olub ki, Ələkbərov idarəyə yalan məlumat verməyib, polisdə onun qeydiyyatda olduğu ərazi üzrə yaşamadığı barədə məlumat yoxdur. Bu səbəbdən məhkəmənin qərarı ilə idarə Ələkbərova müvəqqəti yaşayış icazəsi verilməsi barədə məsələyə yenidən baxmalıdır.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatdı

 Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, ...

Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF

 Qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edilib. Sfera.az xəbər verir ki, Moskv...

Alimlərdən ŞOK KƏŞF: COVID-19-a qarşı immunitet bu yolla da qazanılır

 Koronavirus xəstələrinin ailə üzvlərinin testləri neqativ çıxmağına baxmayaraq, COVID-19-a qarşı immunitetli ola bilərlər. Alimlər bu fenomeni "səssiz imm...

Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir

 İyulun 13-dən Moskvada məcburi maska geyinmək rejimi ləğv ediləcək. Sfera.az xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib. ...

Koronavirusun yayılması sürətlənir – Yoluxmaların sayı 2 dəfə artıb – XƏBƏRDARLIQ

  "Koronavirus pandemiyası bütün dünyada sürətlə yayılmağa davam edir və bir çox ölkələr hələ də bu virusu nəzarət altında saxlamağı bacarmırlar”. Sfera....

Dünya bazarlarında təbii qaz bahalaşıb

  Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətiartıb. Sfera.az xəbər verir ki, avqustda çatdırmaq şərti ilə təbii qa...