Rusiya Krımı qaytaranadək sanksiyalara məruz qalacaq

Rusiya Krımı qaytaranadək sanksiyalara məruz qalacaq

 

ABŞ heç bir zaman Krımın işğalını tanmayacaq və yarımadanın tezliklə Ukrayna suverenliyi altına qayıtması üçün mümkün olan hər şeyi edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks-Ukraina” agentliyinə müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Coşua Beyker bildirib.

"Mən xatırlatmaq istərdim ki, Obama prezident Putinlə telefon danışığı zamanı ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanımadığını bildirib. Biz 21-ci əsrdə güc tətbiqini, sərhədlərin dəyişdirilməsini qəbul etmirik. Krımın işğalı ilə əlaqədar sanksiyalar işğal sona çatana qədər qüvvədə qalacaq”, - C.Beyker deyib.

O qeyd edib ki, Rusiya beynəlxalq hüququ kobud şəkildə pozub və bu vəziyyədə Amerika tərəfi Ukrayna hakimiyyətinin səylərini dəstəkləyir.

"Biz hesab edirik ki, Krımın işğalı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Rusiyanın Krımı Ukraynaya qaytarması üçün hər şey edəcəyik”, - C.Beyker vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR