Rusiya ilə Ukrayna arasında müharibə başlayacaqsa... – Politoloq hadisələrin inkişaf ehtimalları haqda

Rusiya ilə Ukrayna arasında müharibə başlayacaqsa... – Politoloq hadisələrin inkişaf ehtimalları haqda
"Ukrayna-Türkiyə siyasi-hərbi əməkdaşlığı Rusiya qarşı yönəlməyib və bunu Moskva da yaxşı başa düşür”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə səfərindən danışarkən deyib:
 
"Müharibə başlayacağı təqdirdə Ukryana ordusunu PUA-larla təmin edən Türkiyənin mövqeyi vasitəçilik olacaq. Ona görə də Ankara Kiyevlə sıx əməkdaşlığı davam etdirir ki, Moskva Türkiyənin vasitəçiliyini qəbul etsin. Bunun da Türkiyənin Qara dəniz və Donbas məsələsində əsas söz sahibi olacağına gətirib çıxarmaq ehtimalı var.

Türkiyə və Rusiya arasında əsas həssas məsələ ABŞ gəmilərinin boğazlardan keçib, Qara dənizdə Ukrayanaya dəstək verməsidir. Türkiyə ABŞ-la müttəfiqliyə görə deyil, yanız öz geosiyasi maraqları çərçivəsində bu gəmilərin keçidinə icazə verib və hərbi gəmilər Qara dənizdədir”.

Politoloqun fikrincə, Donbasda müharibə baş verəcəksə, ilk müharibədən fərqli olacaq: "Hər iki ölkə 100 mindən artıq hərbi qüvvələri ilə üz-üzə dayanıb. Bir tərəfdən də ABŞ-ın Ukraynanın yanında olması geopoltik müharibəyə səbəb ola bilər. Rusiyanın Ukraynaya Donbasda suverenliyinin bərpasına imkan verməsi mümkün görünmür. Müharibə başlayacaqsa, Rusiya Donetsk və Luqanskı öz ərazisinə qatacaq.
 
Azərbaycan Donbas müharibəsində Ukraynaya tam siyasi dəstəyini ifadə etməlidir. Həmçinin Krım platfomasında xarici işlər naziri səviyyəsində mütləq iştirak etmək lazımdır. Çünki Türkiyə prezidenti belə bir platformada iştirak edəcək və Türkiyə ilə birgə bu məsələdə yekdil olmalıyıq”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - CANLI

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...