\"Rusiya ilə NATO arasında nüvə müharibəsi ehtimalı artır\" - AÇIQLAMA

\
"Ukraynanın silahla təmin edilməsi NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalını artırır, nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”. 
 
Bunu dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.

Maraqlıdır, Rusiya ilə NATO arasında açıq müharibə başlaya bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dünən Qərbə xəbərdarlıq etdiyi nəzərə alınmalıdır:

"O deyib ki, Ukraynadakı hərbi əməliyyatlara müdaxiləyə cəhd edən tərəflərə sərt cavab veriləcək. İndiyə kimi oxşar açıqlamalar dəfələrlə verilib. Məgər Kreml Qərbin Ukraynaya dəstəyindən xəbərsizdir? Əlbəttə, yox. Elə isə niyə dediklərini indiyədək əməldə göstərmir?! Bu ritorik sual onu deməyə əsas verir ki, Rusiya rəsmilərinin, o cümlədən Medvedevin açıqlaması reallıqdan daha çox blefdir. Kreml heç bir halda alyansla toqquşmaya getməz. Bu, onsuz da durumu yaxşı olmayan Rusiyanın məhvi olmaqla yanaşı, həm də bəşəriyyət üçün ciddi təhdiddir”.

Müsahibimizin sözlərinə görə, NATO-nun Rusiyanı bilərəkdən potensial toqquşmaya çəkmək ehtimalı da var:

"Çünki alyans Kremli zəiflətmək, onu idarəolunan hala gətirmək istəyir. Ukraynada hələlik məqsədinə çatmadığını görən Qərb Rusiyanın durumunu bir az da ağırlaşdırmaq məqsədilə Kremli təhrik edə bilər. Hərçənd yaxın gələcək üçün bu da ağlabatan görünmür. Çünki bu halda, Qərbin Rusiyanı zəiflətmək ambisiyası ağır nəticələrə səbəb ola bilər. Bu mənada hələlik Rusiya ilə NATO arasında açıq qarşıdurma və Medvedevin dediyi kimi, nüvə müharibəsi gözlənilmir. Amma getdikcə bu ehtimal artır. Daha bir maraqlı məqam budur ki, Rusiya rəsmilərinin nüvə savaşına dair söylədikləri arasında ziddiyyət müşahidə olunur. Görünür, artıq daxili siyasi elitada parçalanma var və bu, tədricən daha da güclənəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanın baş naziri: "Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir"

Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir.   Sfera.az Ermənistan KİV-ə istinadən...

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...